Vüsal Hüseynov ABŞ-ın ölkəmizdəki səfirilə görüşüb

Vüsal Hüseynov ABŞ-ın ölkəmizdəki səfirilə görüşüb
  12 İyul 2019    Oxunub:1850
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov ABŞ-ın ölkəmizə yeni təyin olunmuş səfiri Örl Litzenberqerlə görüşüb.
DMX-dən Azvision.az -a verilən məlumata görə, Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov iki ölkə arasında əlaqələrin inkişafını vurğulayaraq, son illər Azərbaycanda miqrasiya sahəsində də bir sıra yeni layihələrin həyata keçirildiyini diqqətə çatdırıb.

Azərbaycanla Amerika arasında müxtəlif istiqamətlər üzrə imzalanmış sənədlərin əhəmiyyətini bildirən səfir xalqlarımız və ölkələrimiz arasında əlaqələrin bundan sonra da dərinləşəcəyinə əminliyini ifadə edib.

Görüşdə Azərbaycanla ABŞ arasında miqrasiya sahəsində əlaqələrin daha da möhkəmləndirilməsi, əməkdaşlığın gələcək inkişaf perspektivləri və digər məsələlər müzakirə olunub.

Azvision.az


Teqlər: DMX   ABŞ   Səfir  





Xəbər lenti