"Azərsu"nun rəhbərliyi vətəndaşlarla görüşəcək

  12 İyul 2019    Oxunub : 756
"Azərsu"nun rəhbərliyi vətəndaşlarla görüşəcək
İyulun 19-da “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Şəki şəhərində Şəki və Qax rayonlarından olan vətəndaşları, onun I müavini Teyyub Cabbarov isə Zaqatala şəhərində Zaqatala və Balakən rayonlarının sakinlərini, iyulun 23-də digər müavin Etibar Məmmədov isə Qəbələ şəhərində Qəbələ və Oğuz rayonlarından olan vətəndaşları qəbul edəcək.
Azvision.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir. Qəbullar “Şəki Sukanal” TSC-nin, ZaqatalaQəbələ sukanal sahələrinin inzibati binalarında keçiriləcək, içməli su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı müraciətlərə baxılacaq.

Vətəndaşlar qəbul üçün “Şəki Sukanal” TSC-yə, Qax, Zaqatala, Balakən, QəbələOğuz sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili 10 50) nömrəsi, [email protected] elektron poçt ünvanı vasitəsilə “Azərsu”ya müraciət edə bilərlər.

Azvision.az

Teqlər: Azərsu