Türklərdən geridə, ermənilərdən öndəyik

Türklərdən geridə, ermənilərdən öndəyik
  11 Mart 2013    Oxunub:1611
Gürcüstana səfər edən xarici vətəndaşlar arasında Azərbaycan ilk üçlükdədir
AzVision.az-ın məlumatına görə, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirliyin məlumatına görə, Gürcüstana ən çox Türkiyədən ziyarətçi gəlir. 2013-cü ilin yanvar –fevral ayında Türkiyədən 231.500 nəfər qonaq Gürcüstana səfər edib. İkinci yerdə isə Azərbaycan durur. İlin ilk iki ayı ərzində 128.3 min Azərbaycan vətəndaşı Gürcüstana gedib. Üçüncü yerdə isə 101.3 min nəfərlə Ermənistan durur.

Gürcüstan Daxili İşlər Nazirliyindan bildiriblər ki, Rusiya-Gürcüstan sərhədində yerləşən Yuxarı Lars-Kazbegi sərhəd-keçid məntəqəsindən iki ay ərzində 35 min nəfər istifadə edib. 19,4 min Rusiya vətəndaşı, 9,5 min nəfər Ermənistan, 2,8 min Gürcüstan, 2,1 min Azərbaycan və 1,2 min nəfər digər ölkələrin vətəndaşı bu sərhəd keçid məntəqəsindən istifadə ediblər.

AzVision.az



Teqlər:





Xəbər lenti