İranla İngiltərə arasında gərginlik artır: Səfir 2 dəfə XİN-ə çağrılıb

 İranla İngiltərə arasında gərginlik artır:  Səfir 2 dəfə XİN-ə çağrılıb
  12 İyul 2019    Oxunub:2691
İran XİN-i Cəbəllütariq hökuməti tərəfindən İranın neft tankeri saxlanıldığı üçün iki dəfə Böyük Britaniyanın Tehrandakı səfirini çağırıb. Azvision.az xəbər verir ki, İran XİN-in rəsmi nümayəndəsi Abbas Müsəvi bildirib ki, gəminin saxlanılmasının ilk günündən ölkəsi hüquqi və diplomatik addımlar atmağa başlayıb.
“Biz Britaniya səfirini iki dəfə XİN-ə çağırmışıq. O, bəzi aydınlıqlar gətirmək üçün daha bir neçə görüşdə iştirak edib”,- deyə Müsəvi bildirib.

Onun sözlərinə görə, İran tərəfi “işi hüquqi prosedurlarla məşğul olan vəkilə ötürüb.

Qeyd edək ki, iyulun 4-də Böyük Britaniyaya bağlı olan Cəbəllütariq hökuməti İrana məxsus Suriyaya qeyri-qanuni yolla xam neft daşıyan “Grace 1” tankerini saxlayıb, kapitan və baş zabit həbs edilib. Tankerdəki iki milyon barel xam neft Suriyanın Banyas şəhərindəki neft emalı zavoduna təhvil verilməli idi.

Bildirilir ki, Grace 1” gəmisi bununla Avropa İttifaqının Suriyaya qarşı sanksiyalarını pozub.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İran   Tanker   BöyükBritaniya  





Xəbər lenti