Batumiyə uçan təyyarə Bakıya qayıdıb

Batumiyə uçan təyyarə Bakıya qayıdıb
  12 İyul 2019    Oxunub:1644
Batumi Hava Limanında (BUS) qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq "Buta Airways"in saat 07:46-da Bakıdan yola düşən J2 9227 nömrəli aviareysində hava gəmisinin kapitanı uçuş aeroportuna geri qayıtmaq qərarı alıb.
Azvision.az -ın "Buta Airways"a istinadən verdiyi məlumata görə, reys Bakı vaxtı ilə saat 10:12-də Heydər Əliyev Aeroportunda (GYD) uğurlu eniş edib.

Təyyarə hava şəraiti yaxşılaşdıqdan sonra Bakıdan Batumiyə yola düşəcək.

Azvision.az



Teqlər: Batumi  





Xəbər lenti