I Xəzər İqtisadi Forumuna hazırlıq müzakirə edilib

  12 İyul 2019    Oxunub : 691
 I Xəzər İqtisadi Forumuna hazırlıq müzakirə edilib
11 iyulda Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin və Azərbaycanın Xarici İşlər nazirinin müavini Xələf Xələfov arasında telefon danışığı olub.
Azvision.az Rusiya Xarici İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, tərəflər söhbət zamanı ikitərəfli əməkdaşlıq, beynəlxalq və regional, o cümlədən qarşıdan gələn I Xəzər İqtisadi Forumuna hazırlıq (Avaza, Türkmənistan, 12 avqust 2019) məsələlərini müzakirə ediblər.

İlkin Nəcəfzadə
Azvision.az

Teqlər: XİN