Parlamentin növbədənkənar sessiyasının sonuncu iclası keçiriləcək

  12 İyul 2019    Oxunub : 1391
 Parlamentin növbədənkənar sessiyasının sonuncu iclası keçiriləcək
Bu gün Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçiriləcək.

Azvision.az xəbər verir ki, iclasda 28 məsələ müzakirə ediləcək.
Bunlar "Notariat haqqında", "Dövlət rüsumu haqqında", “İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcəsi haqqında”, "Əmək pensiyaları haqqında", "Məhkəmələr və hakimlər haqqında" və s. qanunlara, o cümlədən Vergi, İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihələridir.

Qeyd edək ki, deputatlar gələn həftə tətilə çıxacaqlar. Parlamentin üzvləri iyulun 15-dən avqust ayının 30-dək istirahətdə olacaqlar.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: MilliMəclis   İclas