ETSN-də Azərbaycan - Fransa əməkdaşlığı müzakirə olunub

ETSN-də Azərbaycan - Fransa əməkdaşlığı müzakirə olunub
  11 İyul 2019    Oxunub:1463
Ekologiya və Təbii Sərvətlər Nazirliyində Fransa Sahibkarlar Təşkilatına (MEDEF) üzv olan şirkətlərin nümayəndələri ilə görüş keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, görüş zamanı Azərbaycan və Fransa arasında ətraf mühitin, su resurslarının mühafizəsi, tullantıların təkrar emalı, torpaq və göllərin tullantılardan təmizlənməsi, alternativ su ehtiyatlarının yaradılması, termal suların istifadəsi ilə bağlı fikir mübadiləsi aparılıb, mövcud əlaqələr və gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.

Azvision.az



Teqlər: ETSN  





Xəbər lenti