Perinatal Mərkəzdə müşavirə keçirilib

Perinatal Mərkəzdə müşavirə keçirilib
  11 İyul 2019    Oxunub:1505
Səhiyyə Nazirliyinin Tibbi Yardımın təşkili şöbəsi tərəfindən Respublika Perinatal Mərkəzində respublikanın doğuşayardım müəssisələrində çalışan mama-ginekoloqlar üçün cari ilin ilk 6 ayı ərzində antenatal və doğuşayardım xidməti sahəsində göstərilən işlərin nəticələrinə həsr olnumuş müşavirə keçirilib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, iclası açan L.Seyidbəyova son illər bu xidmətin təkmilləşdirilməsi nəticəsində müsbət nəticələr əldə olunması haqqında danışdı. Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Doğuşayardım Komissiyasının sədri S.Məmmədova 6 ay ərzində baş vermiş ana ölümlərinin təhlili, nəticələri, aidiyyatı olan işçilərin cəzalandırılması haqqında məlumat verdi.

“Kritik hallar” üzrə sektor rəhbəri L.Rzaquliyeva ayrı-ayrı nazologiyalar üzrə kiritik vəziyyətdə Respublika Klinik Xəstəxanasına daxil olan hamilə və zahılar barəsində məruzə etdi. Səhiyyə Nazirliyinin baş anetezioloq-reanimatoloqu, İ.Məhərrəmbəyli doğuşayardım xidmətində anestezioloji-reanimatoloji yardımın təşkili, rolu və çatışmamazlıqları, eyni ilə onların aradan qaldırılması haqqında ətraflı çıxış etdi .

Bakı Baş Səhiyyə İdarəsinin baş mama-ginekoloqu C.Ağazadə Bakı şəhəri üzrə antenatal və stasionar doğuşayardım xidmətinin nəticələri haqqında danışdı. Elmi Tədqiqat Mamalıq Ginekologiya İnsitutunun baş həkimi H.Kazımova özəl doğuşayardım xidməti göstərən müəssisələr, onlardan kritik vəziyyətdə daxil olan hamilə və zahılar, eyni ilə təxliyə zamanı Səhiyyə Nazirliyinin 24 saylı və 21 saylı əmrlərin tələblərininin pozulması haqqında bəhs edib.

Tədbirin sonunda Bakı Baş Səhiyyə İdarəsinin rəisi N.Veysova çıxış edərək bu sahədə xidmətin təkmilləşməsi, ixtisaslı kadrların hazırlanması və müəssisələrin maddi texniki bazaları yaxşılaşdırılmış, Ana və uşaq sağlamlığını qorunması barədə danışıb.

Azvision.az


Teqlər: Səhiyə   Ana-ölümü  





Xəbər lenti