Deputatlar sabah son iclasa toplanır

   Deputatlar sabah son iclasa toplanır
  11 İyul 2019    Oxunub:2047
Sabah Milli Məclisin növbədənkənar sessiyasının son plenar iclası keçiriləcək.
Azvision.az xəbər verir ki, iclasda 28 məsələ müzakirə ediləcək.

Bunlar "Notariat haqqında", "Dövlət rüsumu haqqında", “İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcəsi haqqında”, "Əmək pensiyaları haqqında", "Məhkəmələr və hakimlər haqqında" və s. qanunlara, o cümlədən Vergi, İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihələridir.

Qeyd edək ki, deputatları gələn həftə tətilə çıxacaqlar. Parlamentin üzvləri iyulun 15-dən avqust ayının 30-dək istirahətdə olacaqlar.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis   Deputat  





Xəbər lenti