NATO-nun ekspertləri Bakıya gəlib

NATO-nun ekspertləri Bakıya gəlib
  09 İyul 2019    Oxunub:1759
Azərbaycan Ordusunun Hərbi təhsil sisteminin inkişafına dəstək üzrə Azərbaycan-NATO birgə fəaliyyət planına uyğun olaraq Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı (DEEP) çərçivəsində Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun ekspert qrupu ilə xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin professor-müəllim heyəti arasında görüş keçirilir.
Azvision.az -ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, iyulun 10-dək davam edəcək tədbirdə NATO-nun ekspert qrupu tərəfindən distant təhsilinin prinsipləri, onun platformasının və təhsil modullarının yaradılmasına dair təqdimatlar verilir və praktik məşğələlər keçirilir.

Azvision.az


Teqlər: NATO  





Xəbər lenti