Masallıda ağır yol qəzası- 8 ölü

   Masallıda ağır yol qəzası-   8 ölü
  09 İyul 2019    Oxunub:18073
Masallıda yük maşını "Mersedes Vito" markalı mikroavtobusla toqquşub. Nəticədə 8 nəfər ölüb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, 1 nəfər qadın müxtəlif dərəcəli xəsarətlərlə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Yaralı qadının 24 yaşı var və hazırda reanimasiyadadır.

Məlumatda bildirilib ki, ölənlərdən 2-si qadın, 3-ü kişi, 3-ü isə uşaqdır.

Aytən Zəhra
Azvision.az


Teqlər: Masallı   Qəza  





Xəbər lenti