Bakıda əcnəbi vətəndaşın pulu oğurlanıb

Bakıda əcnəbi vətəndaşın pulu oğurlanıb
  08 İyul 2019    Oxunub:1414
Səbail RPİ-nin 39-cu Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş iyulun 5-də yaşadığı hosteldə 400 manat və 400 ABŞ dolları pulunun oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb, qısa müddətdə bu cinayət əməlini törədən şəxs müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Füzuli rayon sakini S.Rüstəmov 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Azvision.az


Teqlər: Əcnəbi   Oğurluq  





Xəbər lenti