Prezidentlər Dağlıq Qarabağ münaqişəsinin həllindən danışıb

Prezidentlər Dağlıq Qarabağ münaqişəsinin həllindən danışıb
  30 Noyabr 2013    Oxunub:1110
İlham Əliyev Fransanın prezidenti Fransua Olland ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Fransa arasında siyasi, iqtisadi, energetika və mədəniyyət sahələrində əməkdaşlığın inkişafından məmnunluq bildirilib.

Fransa Prezidenti Fransua Olland Azərbaycanın əldə etdiyi iqtisadi uğurların ölkəsində maraqla izləndiyini vurğulayıb. Fransa şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyi qeyd edilib və bu fəaliyyətin gələcəkdə də genişləndiriləcəyinə əminlik ifadə olunub.

İkitərəfli əlaqələrin genişləndirilməsi üçün qarşılıqlı marağın olduğu bildirilən görüşdə Azərbaycan ilə Fransa arasında əməkdaşlığın Avropa İttifaqı çərçivəsində inkişafının əhəmiyyəti qeyd edilib.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Azvision.az



Teqlər:





Xəbər lenti