Bakıda gül dükanı yanıb

 Bakıda gül dükanı yanıb
  08 İyul 2019    Oxunub:2790
Bakının Nizami rayonunda, "Xalqlar dostluğu" metrostansiyasının yaxınlığındakı "Ağ çiçəyim" gül mağazasında yanğın olub.

Bu barədə Azvision.az -a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli mağazanın mansardasının yanar konstruksiyaları, şüşə pambıq üzlüyü və mansardaya yığılan əşyalar 70 m² sahədə yanıb.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: Yanğın   Bakı  





Xəbər lenti