Xan sarayı və Şəkinin tarixi mərkəzi Dünya İrs Siyahısına salınıb

   Xan sarayı və Şəkinin tarixi mərkəzi Dünya İrs Siyahısına salınıb
  07 İyul 2019    Oxunub:7702
Bakı Konqres Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının bu gün keçirilən növbəti iclasında Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi Dünya İrs Siyahısına salınıb.
Bu barədə Azvision.az -a Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətindən bildiriblər.

Qeyd edək ki, 2017-ci ildə Polşanın Krakov şəhərində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 41-ci sessiyasında ölkəmiz tərəfindən təqdim edilən “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiya müzakirə olunub.

Xatırladaq ki, iyunun 30-da Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası öz işinə başlayıb.

Azvision.az


Teqlər: Şəki   Xan-Sarayı   Dünya-İrs-Siyahısı  





Xəbər lenti