Azad Rəhimov Qubada qəbul keçirib

Azad Rəhimov Qubada qəbul keçirib
  05 İyul 2019    Oxunub:1657
Qubada Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov Quba və Qusar rayonlarından olan vətəndaşları qəbul edib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, qəbulda 14 nəfər iştirak edib.

Vətəndaşların müraciətləri əsasən Gənclər evlərinin fəaliyyəti, Olimpiya İdman komplekslərinin, eyni zamanda, digər idman qurğularının tikintisi və təmiri, idman avadanlığı ilə təchizat, işlə təminat, fəxri adların və məşqçilik dərəcələrinin verilməsi və sair məsələlərlə bağlı olub.

Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, bəziləri baxılması üçün icraya yönəldilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlərin isə qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib.

Azvision.az


Teqlər: Nazir   Qəbul  





Xəbər lenti