İctimai Şura üzvlüyünə təkrar seçki keçirilib

İctimai Şura üzvlüyünə təkrar seçki keçirilib
  04 İyul 2019    Oxunub:1450
Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şura üzvlüyünə boş qalan yerlər üçün təkrar seçki keçirilib.
DMX-nin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, altı namizəd arasında keçirilən seçkidə Kərimova Lamiyə Ağa qızı və Fətullayev Vidadi Bayram oğlu İctimai Şuranın üzvü seçiliblər. Səslər Komissiya üzvlərinin iştirakı ilə müşahidəçilərin nəzarəti altında hesablanıb. Səsvermədə seçici qismində ilkin seçkilər üçün qeydiyyata alınmış vətəndaş cəmiyyəti institutlarının 23 təmsilçisi iştirak edib.



Xatırladaq ki, Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura üzvlüyünə seçki iyunun 25-də keçirilib. Şuranın 9 üzvdən ibarət tərkibdə formalaşdırılması nəzərdə tutulsa da, səsvermənin nəticəsinə görə müvafiq qanunvericiliyin tələbləri əsas götürülməklə 13 namizəddən yalnız 7-si İctimai Şuraya üzv seçilmişdi.



Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura növbəti iki il üçün doqquz nəfərdən ibarət tərkibdə fəaliyyət göstərəcək.

Azvision.az


Teqlər: DMX  





Xəbər lenti