“INNOLAND”in rezidentləri 600 min yatırım cəlb ediblər

“INNOLAND”in rezidentləri 600 min yatırım cəlb ediblər
  04 İyul 2019    Oxunub:1428
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezidentləri 6 ay ərzində 600 min manat yatırım cəlb ediblər.
Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, bunlar “Ticketsetup”, “Nextsale”, “Vriendly”, “Qreact, Onepoint”, “Topla.az”, “Whelp” startaplarıdır.

Həmin startaplar yerli və xarici investorlardan ümumilikdə 600 min manat investisiya cəlb ediblər. Cəlb olunan investisiyanın 25 faizi xarici, qalanı isə yerli investorların payına düşür. Xarici investorlar əsasən Koreya, ABŞ və Almaniyadandırlar.

“INNOLAND”in məqsədləri gənc, təşəbbüskar və innovativ insanlara dəstək olmaq, onları xarici bazarlara çıxartmaq, ümumiyyətlə, eksportyönümlü innovativ ideyaların təbliğatını təşkil etməkdir.

Azvision.az


Teqlər: İNNOLAND   ASAN-Xidmət  





Xəbər lenti