Naxçıvanda işıqpulu borcu qeydə alınmayıb

 Naxçıvanda işıqpulu borcu qeydə alınmayıb
  04 İyul 2019    Oxunub:2428
Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti üzrə 2019-cu ilin iyun ayında verilən elektrik enerjisinin miqdarı, elektrik enerjisi satışından toplanan vəsait və ödənilmə faizi barədə məlumat açıqlanıb.
Azvision.az -ın məlumatına görə, muxtar respublikanın şəhər və rayonlarında elektrik enerji ödənişi 100% nəticə ilə yerinə yetirilib. Abonentlərin borcu qeydə alınmayıb.



Qeyd olunub ki, iyun ayında texniki itki nəzərə alınmaqla daxil olan 38 milyon 334 min kilovatsaat elektrik enerjisinin dəyəri 3 milyon 226 min manat olub, cəmi 3 milyon 303 min 900 manat vəsait toplanıb ki, bu da istifadə olunan enerjinin dəyərinin 102,4 faizini təşkil edir.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Naxçıvan   İşıqpulu  





Xəbər lenti