3 nömrəli Uşaq İncəsənət Məktəbinə Gülarə Əliyevanın adı verilib

  3 nömrəli Uşaq İncəsənət Məktəbinə Gülarə Əliyevanın adı verilib
  03 İyul 2019    Oxunub:2184
Bakı şəhərindəki 3 nömrəli Uşaq İncəsənət Məktəbinə Azərbaycan milli musiqi ifaçılıq sənətinin görkəmli nümayəndəsi, tanınmış bəstəkar, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Gülarə Əziz qızı Əliyevanın adı verilib.
Azvision.az -ın məlumatına görə, Baş Nazir Novruz Məmmədov bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncam Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Gülarə Əziz qızı Əliyevanın xatirəsinin əbədiləşdirilməsi məqsədilə imzalanıb.

Eyni zamanda Mədəniyyət Nazirliyinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Sərəncam imzalandığı gündən qüvvəyə minib.



Azvision.az



Teqlər: Novruz-Məmmədov  





Xəbər lenti