Ağsuda 4 kəndə ilk dəfə qaz verilib

Ağsuda 4 kəndə ilk dəfə qaz verilib
  03 İyul 2019    Oxunub:1623
Ağsu rayonunun Zarqava, Qırlar, Quzay, Kövlüc və Sanqalan yaşayış məntəqələrinə ilk dəfə təbii qaz verilib.
“Azəriqaz” İstehsalat Birliyindən Azvision.az -a verilən məlumata görə, 135 fərdi evdən ibarət olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 24 233 metr müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı, paylayıcı eləcə də məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda Ağsu rayonunun Yenikənd və Kəndaxan kəndlərinin qazlaşdırılması istiqamətində işlər yekunlaşdırılıb və istismara qəbul mərhələsindədir. Tezliklə həmin yaşayış məntəqələri də təbii qazla təmin olunacaq. Qeyd olunan kəndlərə təbii qazın verilməsi əhalinin həyat şəraitinin yaxşılaşması ilə yanaşı, ekologiyanın qorunmasına xidmət edəcək.

Qeyd edilib ki, yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Azvision.az


Teqlər: Ağsu   Azəriqaz  





Xəbər lenti