Azərbaycandan xaricə enerji ixracı artıb

Azərbaycandan xaricə enerji ixracı artıb
  03 İyul 2019    Oxunub:1737
2019-cu ilin arxada qalan birinci yarım ili ərzində “Azərenerji” ASC tərəfindən xarici dövlətlərə 648 milyon kVts elektrik enerjisi ixrac edilib ki, bu da ötən ilin birinci yarım ili ilə müqayisədə 24 milyon kVts çoxdur.
"Azərenerji" ASC-dən Azvision.az -a verilən məlumata görə, ötən ilin birinci yarım ili ilə müqyisədə elektrik enerjisinin istehsalı da artırılıb. Belə ki, 2019-cu ilin arxada qalan birinci yarım ili ərzində 11.544 milyard kVts elektrik enerjisi istehsal edilib. Bu isə ötən ilin birinci yarım ili ilə müqayisədə 521 milyon kVts çoxdur.

2018-ci ilin birinci yarım ili ilə müqayisədə 2019-cu ilin arxada qalan birinci yarım ili ərzində elektrik enerjisinə tələbat da 586 milyon kVts artıb. Göstərilən 6 ay ərzində yüzlərlə - çoxmərtəbəli binalar, sahibkarlıq obyektləri, sənaye məhəllələri, aqroparklar, zavodlar, fabriklər, bir sözlə iqtisadiyyatın, sənayenin o cümlədən əhalinin artan tempinə uyğun olaraq istehlak çoxalıb. “Azərişıq” ASC-nin məlumatına görə, vətəndaşlarının sayı 10 milyonu keçən Azərbaycanda təkcə 2019-cu ilin birinci yarım ilində “ASAN xidmət” və elektron qaydada 12 mindən artıq əhali və qeyri əhali abonent elektrik şəbəkəsinə qoşulub. Təkcə 2019-cu ilin arxada qalan yarım ili və ya 181 günü ərzində tələbatın bü səviyyədə artımı sözsüz ki, yeni generasiya güclərinin yaradılmasını, elektrik stansiyalarında “itirilmiş” güclərin bərpa edilməsini və ən əsası isə enerjisistemin etibarlılığı və dayanıqlığını daha müasir üsullarla təmin etməyi zəruri edir.

Məhz bu məqsədlə ötən ilin sonuncu rübündən başlayaraq “Azərenerji” ASC tərəfindən “Reabilitasiya Proqramı”na start verilib və ölkədəki 12 elektrik stansiyası, 17 yarımstansiyada 100-dən artıq təyinat üzrə yenidənqurma, təmir və bərpa işləri aparılır. 35 elektrik stansiyası və 150 yarımstansiyanı əhatə edəcək SCADA Dispetçer İdarəetmə Sistemi yenidən qurulur, Azərbaycan enerji sistemində qəza rejimlərinin məhdudlaşdırılması və tam ləğvini mümkün etmək üçün mikroprosessor texnikasının tətbiqi, həmçinin modernləşdirilməsi ilə yeni əks qəza avtomatika kompleksləri yerinə yetirilir.

Azvision.az


Teqlər: Azərenerji   İxrac  





Xəbər lenti