Milli Qəhrəmanın şəhid olduğu gündür

Milli Qəhrəmanın şəhid olduğu gündür
  03 İyul 2019    Oxunub:2811
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimovun şəhid olduğu gündür.
Azvision.az xəbər verir ki, Koroğlu İsmayıl oğlu Rəhimov 1953-cü ilin oktyabrın 31-də Oğuz rayonu Xaçmaz kəndində anadan olub. O, 1961-ci ildə ailəsi ilə birlikdə Qərbi Azərbaycanın Zəngibasar mahalı Sarıcalar kəndinə köçüb, sonradan Bakıya qayıdıb işləməyə başlayıb.

1992-ci ilin martında könüllü olaraq Milli Orduya yazılıb, Goranboy, Ağdərə istiqamətlərində sücaətlə vuruşub. K.Rəhimov 1992-ci il iyulun 3-də Ağdərə yaxınlığında gedən döyüşdə şəhid olub. 1994-cü il sentyabrın 16-da ona ölümündən sonra Milli Qəhrəman adı verilib. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.

Qeyd edək k, Bakının küçələrindən biri onun adını daşıyır. Paytaxtda adına park salınıb, büstü qoyulub.





Azvision.az



Teqlər: Milli-Qəhrəman   Koroğlu-Kərimov  





Xəbər lenti