“Statistik maarifləndirmə səviyyəsi yüksək deyil” - Tahir Budaqov

“Statistik maarifləndirmə səviyyəsi yüksək deyil” -    Tahir Budaqov
  02 İyul 2019    Oxunub:1876
Cəmiyyətimizdə statistik maarifləndirmə səviyyəsi o qədər də yüksək deyil. Ona görə müxtəlif suallar ortaya çıxır. Məsələn, inflyasiya göstəriciləri ilə bağlı deputatlar səviyyəsində də bəzi fikirlər səsləndirilir. Nəzərə almırlar ki, inflyasiya göstəricisi Bakı şəhərinin göstəricisi deyil. Bu, ölkə üzrə göstəricidir.
Azvision.az xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib. O bildirib ki, regionlarda qiymət fərqləri var.

"Müxtəlif yerlərdə qiymətlər dəyişir. Açıqladığımız rəqəm ölkə üzrə orta inflyasiya göstəricisi olur. Amma bəzi insanlar Bakıda supermarketdəki qiymətlərlə bizim qiymətləri müqayisə edir, səhv nəticələrə gətirib çıxarır".

T.Budaqov illik məlumatların gec açıqlanması barədə fikirlərə də münasibət bildirib: "Əksər illik məlumatlar iyul-avqust aylarında açıqlanır. Bütün aidiyyatı dövlət qurumları ilə razılaşdırıb, Nazirlər Kabineti tərəfindən təsdiq olunan statistik işlər proqramı əsasında fəaliyyət göstəririk. O proqramda hər bir məlumatın yetişmə dövrü öz əksini tapır".

Aytən Zəhra
Azvision.az


Teqlər: Tahir-Budaqov  





Xəbər lenti