Üç rayonda su olmayacaq

Üç rayonda su olmayacaq
  02 İyul 2019    Oxunub:2076
"Azərsu" ASC Hacıqabul, Şirvan və Bakının Qaradağ rayonuna içməli suyun verilməsində məhdudiyyətlərin olması ilə bağlı məlumat yayıb.
“Azərsu” ASC-dən Azvision.az -a verilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti səbəbindən Kür çayında bulanıqlığın həddən çox artması ilə əlaqədar Kür Sutəmizləyici Qurğularının fəaliyyətində müvəqqəti fasilə yaranıb.

Bununla əlaqədar Hacıqabul və Şirvan şəhərlərinə, Bakının Qaradağ rayonuna içməli suyun verilməsində məhdudiyyətlər olacaq. “Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir”, - ASC-nin məlumatında deyilir.

Azvision.az


Teqlər: Azərsu  





Xəbər lenti