Azərbaycanda 1890 uşaq internat məktəbində gecələyir

  Azərbaycanda 1890 uşaq internat məktəbində gecələyir
  29 İyun 2019    Oxunub:1630
2018/2019-cu tədris ilinin birinci rübündə Təhsil Nazirliyinin sistemində fəaliyyət göstərən 13 internat məktəblərində 4617 nəfər təlim-tərbiyə alır. Onlardan 1890 nəfər uşaq müəssisədə gecələyir.
Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Ordubad rayon internat məktəbində isə 471 nəfər təlim tərbiyə alır. Onlardan 46 nəfər uşaq müəssisədə gecələyir.

Qeyd edilib ki, Dövlət Proqramının icrası olaraq yaradılmış və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən iki Ailə tipli Kiçik Qrup evində isə 20 nəfər uşaq tərbiyə alıb yaşayır. Gələcək illərdə ailə əsaslı sosial xidmətlər müəssisələrinin şəbəkəsinin genişləndirilməsi planlaşdırılır.

Aytən Zəhra
Azvision.az



Teqlər: Təhsil-Nazirliyi   İnternat   Məktəb  





Xəbər lenti