“İnzibati icraat haqqında” qanun müzakirə olundu

“İnzibati icraat haqqında” qanun müzakirə olundu
  28 İyun 2019    Oxunub:2056
Dövlət Miqrasiya Xidmətinin aparatında (DMX) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşmanın dəstəklənməsi” layihəsi çərçivəsində “Azərbaycan Respublikasında yeni inzibati hüquq, onun tətbiqi ilə bağlı aktual məsələlər” mövzusunda seminar keçirilib.
DMX-nin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, tədbirdə çıxış edən Xidmət rəisi Vüsal Hüseynov seminarın qurum əməkdaşlarının bilik və bacarıqlarının daha da artmasına töhfə verəcəyini bildirib.

Sonra GİZ-in “Cənubi Qafqazda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi” regional proqramının Azərbaycandakı rəhbəri Tomas Meyer çıxış edərək təlimin keçirilməsində DMX-yə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib. O, DMX-nin təlimlərə önəm verməsini yüksək qiymətləndirib.

Seminarda Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu və onun miqrasiya sahəsində tətbiqi, inzibati icraatın başlanılması əsasları və prinsipləri, inzibati akt, inzibati aktın forma və məzmunu, inzibati aktın hüquqi qüvvəsi, inzibati aktın icrasına dair mövzuların təqdimatı edilib.

Qeyd edək ki, tədbirdə DMX-nin aparatının və Xidmətin regional miqrasiya idarələrinin əməkdaşları iştirak ediblər.

Azvision.az



Teqlər: Miqrasiya-Xidməti   Qanun  





Xəbər lenti