Azərbaycan nümayəndə heyəti beynəlxalq tədbirdə

Azərbaycan nümayəndə heyəti beynəlxalq tədbirdə
  28 İyun 2019    Oxunub:1169
İyunun 24-dən 26-dək Budva şəhərində Monteneqro Ali Məhkəməsinin təşkilatçılığı ilə “Beynəlxalq terrorizm və qanunsuz miqrasiya” mövzusunda beynəlxalq regional konfrans keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, tədbirdə ölkəmizi Ali Məhkəmənin hakimi, hərbi kollegiyanın sədri Əziz Seyidov, Baş Prokurorluğun idarə rəisi Elşən Abbasov və Beynəlxalq əlaqələr idarəsinin prokuroru Kamran Həsənov təmsil edib.

Azərbaycan nümayəndə heyəti konfransın işində fəal iştirak edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları, ölkəmizin beynəlxalq terrorçuluq və mütəşəkkil cinayətkarlığın bütün təzahürləri ilə mübarizəyə verdiyi töhfələr və ölkəmizdə formalaşan səmərəli hüquq mühafizə sistemi haqqında ətraflı məlumat verib.

Tədbirdə ümumbəşəri bəla olan terrorçuluqla mübarizədə informasiya mübadiləsi və beynəlxalq hüquqi yardımın təmin edilməsinin əhəmiyyəti, qeyri-qanuni miqrasiya və terrorçuluğun maliyyələşdirilməsinin hüquqi və etik aspektləri müzakirə olunub, bu sahədə beynəlxalq təcrübəyə dair geniş fikir mübadiləsi aparılıb.

Azvision.az



Teqlər: BaşProkurorluq   Tədbir  





Xəbər lenti