Prezidentin mətbuat xidməti arxivə yeni sənədlər verib

Prezidentin mətbuat xidməti arxivə yeni sənədlər verib
  28 İyun 2019    Oxunub:1266
Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti tərəfindən 19010 saxlama vahidi fotosənəd Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib.
Milli Arxiv İdarəsindən Azvision.az -a bildirilib ki, 2018 və 2019-cu ilin cari dövrünü əhatə edən fotosənədlər Prezident İlham Əliyevin rəsmi qəbullarını, xarici ölkələrə rəsmi və işgüzar səfərlərini, yüksək səviyyədə keçirilən tədbirlərdə çıxışlarını, konfranslarda iştirakını, dövlət investisiya xətti ilə tikilən istehsalat komplekslərini, mədəniyyət və səhiyyə ocaqlarının açılışını, yol-infrastruktur obyektlərinin, sosial-təminat mərkəzlərinin istifadəyə verilməsini və digər məsələləri əks etdirir.

Hazırda arxivdə fotosənədlərin Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir.

Azvision.az



Teqlər: Arxiv   Sənəd  





Xəbər lenti