AYB üzvlərinin yaradıcılıq şəraiti yaxşılaşdırılır - Sərəncam

 AYB üzvlərinin yaradıcılıq şəraiti yaxşılaşdırılır -  Sərəncam
  28 İyun 2019    Oxunub:2194
Prezident İlham Əliyev Azərbaycan Yazıçılar Birliyi üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncama əsasən Yazıçılar Birliyinin Şüvəlandakı Səməd Vurğun adına Yaradıcılıq Evinin rekonstruksiyası və təmiri üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə ilkin olaraq 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Azvision.az


Teqlər: Prezident   İlhamƏliyev  





Xəbər lenti