Ohanyan: Rusiya Ermənistanın təhlükəsizliyini təmin edəcək

Ohanyan: Rusiya Ermənistanın təhlükəsizliyini təmin edəcək
  29 Noyabr 2013    Oxunub:953
Azərbaycan hücum edəcəyi təqdirdə Rusiya hərbi bazası Ermənistanın təhlükəsizliyini təmin edəcək.

Bu sözləri qonşu ölkənin müdafiə naziri Seyran Ohanyan jurnalistlərin suallarını cavablandırarkən deyib:

"Ermənistana hücum olarsa bizimlə əməkdaşlıq edən 102-ci Rusiya hərbi bazası, həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Ermənistanın təhlükəsizliyi təmin ediləcək".

Bundan başqa, erməni nazir bildirib ki, 102-ci bazanın əsas məqsədi ölkənin qərb (Türkiyə sərhədləri) sərhədlərini qorumaqdır.

Ohanyanın sözlərinə görə, Ermənistan və qondarma Dağlıq Qarabağın Silahlı Qüvvələri nəinki Azərbaycan Silahlı Qüvvələri ilə təmas xəttindəki situasiyaya nəzarət edir, həm də qabaqlayıcı tədbirlər görməyə qadirdir.

Erməni nazir həmçinin əlavə edib ki, Ermənistan Silahlı Qüvvələri Dağlıq Qarabağ (qondarma) xalqının təhlükəsizliyinin təminatçısıdır.

Sadəcə erməni nazir unudub ki, Azərbaycan Ermənistana yox ölkəsinində tanımadığı separat qüvvələrin yığışdığı DQ-a hücum edərək öz halal torpaqlarını təmizləmək niyyətindədir.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının, işğal olunmuş ərazilərdən işğalçı qüvvələrin dərhal və qeyri-şərtsiz çıxması ilə bağlı 4 qətnaməsi var.


Teqlər:  





Xəbər lenti