General 2 rəisi işdən çıxardı

 General 2 rəisi işdən çıxardı
  28 İyun 2019    Oxunub:2252
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) kadr dəyişiklikləri olub.

Azvision.az xəbər verir ki, Xidmət rəisi, general-leytenant Arzu Rəhimovun əmri ilə SHXÇDX-nin Bərdə rayon şöbəsinin rəisi tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb.
SHXÇDX-nin Daxili təhqiqat şöbəsinin rəisi, polkovnik Həsrət İsmayılov isə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdığına görə müvafiq əmrlə Xidmətdən tərxis olunub.

Azvision.az



Teqlər: SHXÇDX   Kadr  





Xəbər lenti