Türkiyədə Azərbaycana həsr olunan xatirə pulu buraxılıb

Türkiyədə Azərbaycana həsr olunan xatirə pulu buraxılıb
  28 İyun 2019    Oxunub:3166
Türkiyə zərbxanası ölkəmizin Ankaradakı səfirliyinin təşəbbüsü ilə Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının yüz illiyinə həsr olunan bürünc xatirə pulu buraxıb.
Səfirlikdən Azvision.az -a verilən məlumata görə, xatirə pulunun ön üzündə Azərbaycanın gerbi, ölkəmizin xəritəsinə həkk olunmuş dövlət bayrağımız və “Republic of Azerbaijan – 100 – Diplomatic Service 1919-2019” yazısı, arxa üzündə isə “Türkiye Cumhuriyeti 2,5 Lira” yazısı yer alıb.



Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müsəlman dünyasında ilk demokratik respublikanın yaradılmasında və müasir dövrdə müstəqil Azərbaycan dövlətinin qurulması prosesində milli diplomatiyamızın rolunu nəzərə alaraq və 1919-cu il iyul ayının 9-da Azərbaycan Cümhuriyyəti Xarici İşlər Nazirliyinin katibliyinə dair müvəqqəti təlimatın qəbul edildiyi tarixi əsas tutaraq 24 avqust 2007-ci il tarixində 9 iyul tarixinin Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd edilməsi ilə bağlı Sərəncam imzalayıb. Həmin tarixdən etibarən hər il iyulun 9-u Azərbaycan Respublikası diplomatlarının peşə bayramı kimi qeyd olunur.

Azvision.az



Teqlər: Türkiyə   Səfirlik   Pul  





Xəbər lenti