İlk MDB Oyunları Kazanda keçiriləcək

  27 İyun 2019    Oxunub : 1024
İlk MDB Oyunları Kazanda keçiriləcək
MDB ölkələrinin ilk idman oyunları 2020-ci ilin avqustunda Kazanda keçiriləcək.
Azvision.az xəbər verir ki, bu barədə Tatarıstanın İdman Nazirliyi məlumat yayıb.

Bildirilib ki, oyunlarda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukrayna idmançıları iştirak edəcəklər.

Qeyd edilib ki, MDB oyunlarında cüdo, sambo, çimərlik voleybolu, çimərlik həndbolu, mini-futbol, boks, tayboks, şahmat, rəqs idmanı, qılıncoynatma, karate, daşqaldırma, armrestlinq, mas-restlinq, idman güləşi, kəmər güləşi (koreş), yüngül atletika və basketbol növləri üzrə yarışlar təşkil olunacaq.

Azvision.az

Teqlər: Kazan   MDB   Yarış   İdman