“Yaxşılıq unudulmur” adlı layihəyə start verib

“Yaxşılıq unudulmur” adlı layihəyə start verib
  27 İyun 2019    Oxunub:3285
Azərbaycan xalqı hər zaman yüksək dəyərləri və mənəvi keyfiyyətləri ilə seçilir. Yaxşılıq bu keyfiyyətlərdən biri olmaqla yanaşı, insanlararası münasibətlərin təməlində dayanan prinsiplərdəndir. Keçmişdə olduğu kimi bu gün də belə dəyərlərin yaşadılması və gələcək nəsillərə çatdırılması öz aktuallığını qoruyub saxlayır.
Azvision.az xəbər verir ki, yaxşılıqların unudulmaması və təbliği məqsədilə Mənəvi Dəyərlərin Təbliği Fondu cəmiyyətdə şahidi olduğunuz və yaxud sizə edilən yaxşılıq nümunələrini Fonda təqdim etməyinizi xahiş edir. Müraciətlər əsasında yaxşılıq müəllifləri Fond tərəfindən mükafatlandırılacaq.

Yaxşılıq nümunələrini birbaşa müraciət etməklə; yazılı formada vərəqdə; yazılı formada elektron qaydada; səs yazısı şəklində və video yazısı şəklində təqdim etmək olar.

Yaxşılıq nümunəsini şəxsən təqdim etmək istəyən şəxslər həftənin iş günləri saat 10.00-dan 17.00-dək Bakı şəhəri, Tbilisi prospekti, 35 (ASK plaza, 4-cü mərtəbə) ünvanına müraciət edə, elektron qaydada təqdim etmək istəyən şəxslər isə materialları [email protected] elektron poçt ünvanına və qurumun “Facebook” səhifəsinin mesaj bölməsinə göndərə bilər.

Azvision.az



Teqlər: Müsabiqə  





Xəbər lenti