Deputat müavinətin vəzifə maaşı ilə əvəz olunmasını istəyir

Deputat müavinətin vəzifə maaşı ilə əvəz olunmasını istəyir
  27 İyun 2019    Oxunub:1602
“Hakimlərin vəzifə maaşları əhəmiyyətli dərəcədə artır. Qanunvericiliyə edilən dəyişikliyə əsasən, Ali Məhkəmənin sədrinə Milli Məclis sədrinin aylıq vəzifə maaşı həcmində əməkhaqqı veriləcək. Belə olan halda, digər hakimlərin maaşı artacaq. Bu, çox yaxşıdır. Hakimlər deputatlara uyğun olaraq vəzifə maaşı alacaqlar və pensiya hüququ təmin edildikdə də vəzifə maaşı olduğu üçün onların pensiyası yüksək olacaq. Amma təəssüflər olsun ki, deputatlarda belə deyil. Çünki biz əlavəni müavinət şəkilində alırıq”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli deyib.

O, qeyd edib ki, bu müavinət pensiya təminatında nəzərə alınmayacaq: “Deyirlər, Vahid Tarif Dərəcələri hazırlanır, ehtiyat edirəm ki, orada Milli Məclisin adı qeyd edilməsin. Deməyim odur ki, bu məsələ qanunvericilikdə tam aydınlaşmayıb. Deputatların əməkhaqqı ilə vəzifə maaşları fərqli anlayışlar kimi verilib. Hesab edirəm ki, deputatların da müavinətinin vəzifə maaşı ilə əvəz olunması yaxşı olardı. Bu, gələcəkdə pensiya təminatı və digər məsələlər üçün sərfəli olardı”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər:





Xəbər lenti