Biləsuvarda 6 minik avtomobili yanıb

Biləsuvarda 6 minik avtomobili yanıb
  27 İyun 2019    Oxunub:1654
Biləsuvarda yanğın hadisəsi olub.
FHN-dən Azvision.az -a verilən məlumata görə, Biləsuvar rayonunda ümumi sahəsi 18 m² olan taxtadan ibarət köşkün yanar konstruksiyaları, yaxınlıqda dayanan 2 ədəd “Hyundai”, 2 ədəd “VAZ”, 1 ədəd “Mercedes” və 1 ədəd “Mitsubishi” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: Maşın   Yanğın   Biləsuvar   Hadisə  





Xəbər lenti