Naxçıvanda qanunsuz yaşayan 11 əcnəbi aşkarlanıb

Naxçıvanda qanunsuz yaşayan 11 əcnəbi aşkarlanıb
  26 İyun 2019    Oxunub:1296
Miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər ötən ay da uğurla davam etdirilib.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikanın Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətinin məlumatında bildirilib.

Qeyd olunub ki, xidmət tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan, habelə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 11 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barələrində müvafiq tədbirlər görülüb.

Ötən ay Dövlət Miqrasiya Xidmətinə daxil olan 651 müraciətin 117-si əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi, eləcə də Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılıb, müvafiq qərarlar qəbul edilib.

Azvision.az



Teqlər: Naxçıvan   Miqrasiya  





Xəbər lenti