Silahlı Qüvvələr Günü Tbilisidə qeyd olunub

  26 İyun 2019    Oxunub : 582
Silahlı Qüvvələr Günü Tbilisidə qeyd olunub
Azərbaycan Silahlı Qüvvələri Günü Gürcüstanın paytaxtı Tbilisidə qeyd olunub.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, səfirliyin hərbi attaşe aparatının rəhbəri polkovnik-leytenant Fuad İbrahimov, səfirliyin və attaşe aparatının əməkdaşları Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsini ziyarət ediblər.



Onlar müasir Azərbaycan dövlətinin və ordusunun qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, büstü önünə gül dəstələri düzüblər. Bayram tədbirində Türkiyənin Gürcüstandakı hərbi attaşesi polkovnik Bülənt Akdeniz, müavinləri – polkovnik-leytenant Əkrəm Karakuş və mayor Aydın Tokuşlu, həmçinin Azərbaycan mediasının bu ölkədəki nümayəndələri də iştirak ediblər.



Türkiyəli zabitlər və Azərbaycanın media nümayəndələri bütün türk dünyasının dahi şəxsiyyətlərindən biri olan ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.
Mərasimdə çıxış edən səfir D.Həsənov Silahlı Qüvvələr Günü münasibətilə hərbçiləri təbrik edib, onlara uğurlar arzulayıb.

Hərbi attaşe aparatının zabitləri parka toplaşan insanlara müstəqil Azərbaycan dövləti və ordusunun inkişafı, Azərbaycanın demokratik, sülhsevər ölkə olması barədə məlumat veriblər.



Azvision.az

Teqlər: SilahlıQüvvələrGünü   Gürcüstan