80 yaşlı qadının pulunu və pensiya kartını oğurlayan şəxs saxlanılıb

80 yaşlı qadının pulunu və pensiya kartını oğurlayan şəxs saxlanılıb
  26 İyun 2019    Oxunub:1325
80 yaşlı qadının pulunu və pensiya kartını oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, Astara rayonunun Seləkəran kənd sakini S.Ələskərova Rayon Polis Şöbəsinə müraciət edərək şəhər ərazisindəki bankomatdan təqaüdünü çıxardıqdan sonra içərisində 187 manat pul və pensiya kartı olan pulqabının oğurlandığını bildirib.

Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbriləri nəticəsində pulqabını oğurlayan şəxsin rayonun Ərçivan qəsəbəsinin sakini Fariz Baxşiyev olduğu müəyyən edilib və o saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, F. Baxşiyev S.Ələskərovanın təqaüdünü bankomatdan aldığını görərək onu izləyib və qadının marşrut avtobusunu gözləyərkən oturduğu skamyanın üzərinə qoyduğu pulqabısını oradan oğurlayıb.

Hazırda F.Baxşiyevin digər bu kimi əməllərinin olub-olmadığı araşdırılır.



Azvision.az


Teqlər: DİN   Astara   Oğurluq  





Xəbər lenti