Azərbaycanlı zabit Rusiyada qızıl medal alıb

   Azərbaycanlı zabit Rusiyada qızıl medal alıb
  26 İyun 2019    Oxunub:1695
Azərbaycanlı zabitlər Rusiyada hərbi akademiyanı qızıl medal və qırmızı diplomla bitiriblər
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Sankt-Peterburq şəhərində Rusiya Federasiyası Müdafiə Nazirliyinin “Mixaylovsk hərbi artilleriya akademiyası” dinləyicilərinin növbəti buraxılış mərasimi keçirilib.

Cari ildə bu ali hərbi təhsil müəssisəsini Azərbaycan Ordusunun 3 zabiti bitirib. Polkovnik-leytenant Avnil Avnilov hərbi akademiyanı fərqlənmə ilə bitirərək qızıl medal alıb. Digər zabitlərimiz mayor Şamxal Səlimov və mayor Ramil İbrahimov isə akademiyanı qırmızı diplomla başa vurublar.

Dövlət imtahan komissiyasının qərarı ilə Azərbaycan Ordusunun hərbi qulluqçularına “magistr” dərəcəsi verilib.



Azvision.az



Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti