Bakıda hərbi orkestrlərin çıxışları təşkil olunub

Bakıda hərbi orkestrlərin çıxışları təşkil olunub
  26 İyun 2019    Oxunub:1316
26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin çıxışları təşkil olunub.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, orkestrlər hərbi vətənpərvərlik mahnıları, müxtəlif marşlar, Azərbaycan və dünya bəstəkarlarının müasir və klassik musiqi əsərlərindən parçalar səsləndiriblər.

Hərbi orkestrlərin ifası yerli sakinlər və paytaxtın qonaqları tərəfindən maraqla qarşılanıb.







Azvision.az



Teqlər: Orkestr  





Xəbər lenti