Forum iştirakçıları “ASAN xidmət” mərkəzləri ilə tanış olublar - FOTOLAR

  25 İyun 2019    Oxunub : 1487
Forum iştirakçıları “ASAN xidmət” mərkəzləri ilə tanış olublar - FOTOLAR
Bakıda keçirilən BMT-nin Dövlət Xidmətləri Forumunun iştirakçıları 2-ci günün sonunda Bakı şəhərində yerləşən “ASAN xidmət” mərkəzləri ilə tanış olublar.
Azvision.az xəbər verir ki, qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Həmçinin vətəndaş məmnunluğunun təmin olunması istiqamətində aparılan fəaliyyət, sosial innovasiyalar, digər sahələrdə görülmüş işlər və gələcək layihələrə dair məlumat verilib.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar “ASAN xidmət”ə gələcək fəaliyyətində uğurlar arzulayıblar.















Azvision.az

Teqlər: Forum   ASAN-Xidmət