DMX yanında İctimai Şura üzvlüyünə seçki keçirilib

DMX yanında İctimai Şura üzvlüyünə seçki keçirilib
  25 İyun 2019    Oxunub:1818
Seçki gününə 10 gün qalanadək Dövlət Miqrasiya Xidmətində bərabər əsaslarla Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri kimi qeydiyyatdan keçmiş 112 seçicidən 87 nəfəri səsvermədə iştirak edib.
Azvision.az xəbər verir ki, seçki prosesinin sonunda müvafiq qaydada möhürlənmiş seçki qutusu açılıb. Səslər Komissiya üzvlərinin iştirakı ilə müşahidəçilərin nəzarəti altında hesablanıb.

Şuranın 9 üzvdən ibarət tərkibdə formalaşdırılması nəzərdə tutulsa da, səsvermənin nəticəsinə görə müvafiq qanunvericiliyin tələbləri əsas götürülməklə, 13 namizəddən 7-si Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuraya üzv seçilib. Boş qalan 2 yer üçün təkrar seçki keçiriləcək.









Azvision.az


Teqlər: DMX   Miqrasiya   Seçki  





Xəbər lenti