Bakıdan Dehliyə müntəzəm uçuşlar başladı

Bakıdan Dehliyə müntəzəm uçuşlar başladı
  25 İyun 2019    Oxunub:1499
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) iyunun 25-dən Bakıdan Hindistanın ən böyük şəhərlərindən biri - Dehliyə müntəzəm və çarter reysləri həyata keçirməyə başlayıb.⠀⠀
Azvision.az xəbər verir ki, AZAL-ın reysləri həftədə 2 dəfə - çərşənbə axşamı və cümə günləri ekonom və biznes sinif konfiqurasiyalı “Boeing-757” təyyarələri ilə həyata keçirilir. Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportu Terminal 1-dən yerinə yetirilir.

Bu istiqamət üzrə aviabiletləri AZAL-ın kassalarında, rəsmi agentliklərində, şirkətin www.azal.az saytında bronlaşdırmaq və əldə etmək mümkündür.

Sərnişinlərdən əlavə məlumat üçün “[email protected]” elektron poçtuna müraciət etmələri xahiş edilir. Yazılı müraciətləri “WhatsApp” vasitəsilə (+994 70) 437 40 82 nömrəsinə göndərmək mümkündür.

Qeyd edək ki, Dehlini “yeddi imperiyanın paytaxtı” adlandırırlar. Burada Şərqin nadir memarlığı, müxtəlif mədəniyyətlərin birləşməsi, diqqətəlayiq yerlər və unikal hind mətbəxi ahəng yaradır. Dehlinin müasir şəhərətrafı – Nyu Dehlidə müasir və kolonial üslubda binalar, ticarət mərkəzləri, parklar, hər zövqə uyğun əyləncə, teatrlar, möhtəşəm qədim məscidlər və türbələr cəmləşir.

Azvision.az



Teqlər: AZAL   Təyyarə   Uçuş   Reys  





Xəbər lenti