Azərbaycan nümayəndə heyəti İsveçrəyə gedir

  25 İyun 2019    Oxunub : 1296
Azərbaycan nümayəndə heyəti İsveçrəyə gedir
İyunun 27-29-da İqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İsveçrəyə səfərə gedəcək.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, səfər çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclası, İsveçrə rəsmiləri ilə görüşlər keçiriləcək, biznes forum təşkil ediləcək, əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair müzakirələr aparılacaq.

Azvision.az

Teqlər: Nazirlik