Azərbaycan silahları Moskvada nümayiş etdirilir - FOTOLAR

  Azərbaycan silahları Moskvada nümayiş etdirilir -    FOTOLAR
  25 İyun 2019    Oxunub:3352
Rusiyanın paytaxtı Moskvada “Patriot-Ekspo” Konqres-Sərgi Mərkəzində “ARMY-2019” (Ordu-2019) V Beynəlxalq Hərbi-Texniki Forum keçirilir.

Azvision.az xəbər verir ki, dünyanın ən böyük silah və hərbi texnika sərgilərindən birinə çevrilən bu forumda Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilk dəfə stendlə təmsil olunur və öz məhsullarını mümayiş etdirir.
Bununla əlaqədar Müdafiə Sənayesi nazirinin müavini Yəhya Musayevin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti Moskvada səfərdədir.

Forum çərçivəsində Müdafiə Sənayesi Nazirliyi və Müdafiə Nazirliyinin nümayəndə heyətlərinin bir sıra görüşləri keçirilib.



“Rosoboronoeksport” dövlət şirkətinin rəhbəri Aleksandr Mixiyev Azərbaycanın stendini ziyarət edib. Keçirilən görüşdə iki ölkə arasında hərbi texniki sahədə əməkdaşlıq imkanları müzakirə edilib.



Ümumilikdə Azərbaycan silahları ziyarətçilər tərəfindən maraqla qarşılanır. Belə ki, sərgidə Azərbaycanın 30 mm-lik AT 30 avtomat topu, lazer idaretməli 250 kq-lıq aviasiya bombası, snayper tüfəngləri, minaatanlar, pulemyotlar və döyüş sursatları, pilotsuz uçuş aparatları nümayiş etdirilir.







Anar Kəlbiyev
Azvision.az


Teqlər: Forum   Sərgi   Hərbi  





Xəbər lenti