Azərbaycanda 20 ilin rekord istisi qeydə alınıb

  25 İyun 2019    Oxunub : 11640
Azərbaycanda 20 ilin rekord istisi qeydə alınıb
"Azərbaycanda dünən və bu gün isti hava müşahidə olunub. Ötən gün havanın temperaturu 37 dərəcə isti olub ki, bu da iyun ayı üçün rekord göstəricidir".

Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev BMT-nin Dövlət xidmətləri forumu çərçivəsində keçirilən seminarda çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, son 20 ildə ilk dəfədir ki, iyun ayında belə yüksək temperatur qeydə alınıb: "Hesab edirik ki, bu da iqlim dəyişikliyinin təzahürüdür. Son 30 il ərzində Azərbaycanda orta temperatur göstəricisi 1.4 dərəcə artıb. Bu, çox dramatik artımdır. Bunun da iqtisadiyyatın digər sahələrinə təsiri çox yüksəkdir".

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Nazir   Hava   isti