Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

  25 İyun 2019    Oxunub : 3668
 Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi
Prezident İlham Əliyev Əməkdar artist, Prezident mükafatçısı Sənubər İsgəndərliyə mənzil hədiyyə edib.

Azvision.az xəbər verir ki, bu barədə Sənubər İsgəndərli özünün “Facebook” səhifəsində məlumat yayıb.
“Möhtərəm Cənab Prezident! Mənim səhnə fəaliyyətimi yüksək qiymətləndirərək ev hədiyyə etdiyinizə görə, sizə dərin minnətdarlığımı bildirirəm.

Sizin incəsənət xadimlərinə verdiyiniz dəyər, göstərdiyiniz diqqət, qayğı, bizə qürur və fərəh verir. Mənə və ailəmə bu sevinci yaşatdığınıza görə Sizə bir daha sonsuz təşəkkürümü bildirirəm. Allah Sizi və Azərbaycanımızı qorusun!”

Azvision.az

Teqlər: İlham-Əliyev   Ev   Aktrisa   Prezident